ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı

ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı Amerika administrasiyası Belarus Respublikasının 43 vətəndaşına, o cümlədən yüksək rütbəli vəzifəli şəxslərinə respublikada demokratiyanı pozduqlarına görə sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.
“Bu, o deməkdir ki, onlar Birləşmiş Ştatlara daxil olmaq hüququndan məhrum edilirlər”, - sənəddə qeyd olunur.
ABŞ xarici siyasət idarəsinin rəhbərinin qiymətləndirməsinə görə, Belarus hakimiyyəti etirazçılara, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı zorakılığı davam etdirir.
Blinken vurğulayıb ki, daha əvvəl ABŞ hökuməti artıq iki dəfə analoji sanksiyalar tətbiq edib. Onun verdiyi məlumata görə, o vaxt 66 nəfər “qara siyahı”ya daxil edilib.

Tehsil-press.az



Oxşar xəbərlər