ADPU THİK tələbələrə adlı təqaüd və internet paket dəstəyi verməkdə davam edir

ADPU THİK tələbələrə adlı təqaüd və internet paket dəstəyi verməkdə davam edir ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Pandemiya dövründə onlayn dərslərə qoşulmaqla bağlı maddi çətinlikləri olan növbəti 70 tələbəmizə bir aylıq internet paketi ilə dəstək olub. Növbəti aylarda da bu yardımlar davam edəcək.
Həmçinin mart ayının sonunda 2020-2021-ci tədris ilinin payız sessiyasının nəticələrinə və ictimai işlərdə fəallığına görə seçilən tələbələrimizdən beş nəfərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təsis etdiyi 300 azn məbləğində adlı təqaüd təqdim edilib. Həmin tələbələr aşağıdakılardır:
1) Əyyubov Cavidan Xaliddin oğlu - Tarix və coğrafiya fakültəsi, IV kurs
2) Əsgərov Kərim Habil oğlu - Kimya və biologiya fakültəsi, II kurs
3) Məmmədli Çinarə Rizvan qızı - Filologiya fakültəsi, III kurs
4) Əhmədova Tükəzban Malik qızı - Fizika fakültəsi, IV kurs
5) İsgəndərova Ləman Hüseyn qızı - İbtidai təhsil fakültəsi, II kurs
Təqaüdə layiq görülən hər bir tələbəmizi təbrik edirik.

Tehsil-press.az


Oxşar xəbərlər