Şagirdlər arasında müsabiqəyə yazı qəbulu davam edir

Şagirdlər arasında müsabiqəyə yazı qəbulu davam edir Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən elan olunmuş müsabiqəyə yazı qəbulu davam edir.
Müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrində təhsil alan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları Azərbaycan Dillər Universitetində reallaşan uğurlu layihələr, beynəlxalq əlaqələr, mərkəzlər, xaricdə təhsil proqramları, tədris olunan dillər, fakültələr, ixtisaslar, Tələbə Həmkarlar İttifaqı Komitəsi, o cümlədən tələbə həyatı və fəxri məzunlarla bağlı ümumiləşdirilmiş araşdırma yazılar təqdim edə bilərlər.
Ən yaxşı araşdırma yazılar ADU THİK tərəfindən mükafatlandırılacaq. Qaliblərin iyul ayının ilk həftəsində mükafatlandırılması planlaşdırılır.
Mətnlər “Word” formatda “Times New Roman” şriftində 14 ölçüdə yığılmalı, 1500 sözdən çox olmamalı və mayın 31-dək [email protected] ünvanına göndərilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər