ADU THİK sədri həmkarlar ittifaqlarının Fəxri Fərmanı ilə təltif edilib

ADU THİK sədri həmkarlar ittifaqlarının Fəxri Fərmanı ilə təltif edilib Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi həmkarlar ittifaqındakı səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, yazıçı-jurnalist Şahin Sərdarlını Fəxri Fərmanla təltif edib.
Bu barədə məlumatı THİK sədri sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Şahin Sərdarlı bu vəzifəni ötən ilin fevral ayından icra edir. Günümüzədək ADU THİK tərəfindən müxtəlif kampaniyalar tərəfindən 36 tələbənin təhsil haqqı xərcinə dəstək göstərilib, 50-dən çox tələbə işlə təmin edilib, 10-a yaxın tələbənin müalicəsinə dəstək göstərilib, 50 nəfərdən çox tələbə əlavə təqaüd alıb, bundan başqa universitetin IV kurs tələbəsi, gənc yazıçı Səddam Laçının kitabının nəşr olunmasına THİK tərəfindən dəstək göstərilib, bütün bu prosesslər uğurla davam edir. Bu ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrdən olan 150-dən çox tələbəyə birdəfəlik maddi yardım, yataqxanada yaşayan tələbələr üçün bir neçə dəfə ərzaq yardımı verilib.

Tehsil-press.az


Oxşar xəbərlər