Böyük Britaniyada hər kəs həftədə iki dəfə sürətli koronavirus testindən keçəcək

Böyük Britaniyada hər kəs həftədə iki dəfə sürətli koronavirus testindən keçəcək Böyük Britaniyada hər kəs həftədə iki dəfə pulsuz sürətli koronavirus testindən keçə biləcək.
Britaniya hökuməti COVID-19 epidemiyasına qarşı mübarizə çərçivəsində koronavirus test proqramını genişləndirir. Cümə günündən etibarən ölkədə hər kəs həftədə iki dəfə sürətli koronavirus testindən keçə biləcək.
Nəticələri təxminən 30 dəqiqə ərzində hazır olan bu testlər test mərkəzlərində və apteklərdə pulsuz paylanılacaq.
Səhiyyə naziri Met Hankok, sürətli koronavirus testlərinin infeksiyanın yayılmasının qarşısını alacağını söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər