Britaniyada koronavirus qurbanlarının sayı artmaqdadır

Britaniyada koronavirus qurbanlarının sayı artmaqdadır Böyük Britaniyada koronavirus qurbanlarının sayı 30 615-ə yüksəlib. BU barədə məlumat "worldometers.info” saytında yer alıb.
Son 24 saat ərzində 539 pasiyent vəfat edib.
Bundan əlavə, son sutka ərzində daha 5 614 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək ölkədə ümumilikdə 206 715 nəfər koronavirusa yoluxub.
175 756 pasiyent Britaniya xəstəxanalarında müalicə olunmaqdadır. Onlardan 1 559-u ağır vəziyyətdədir.

Tehsil-press.az

Oxşar xəbərlər