Tələbələrin daha dərin ixtisas biliklərinə yiyələnmələri məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV kurs tələbələri VIII semestri tamamilə istehsalat təcrübəsində keçirirlər. Tələbələrin istehsalat təcrübəsi karantin qaydaları nəzərə alınmaqla tədris planına müvafiq olaraq 70 təcrübə günü, ümumilikdə isə 14 həftədən ibarətdir. Universitet rəhbərliyi tərəfindən istehsalat təcrübəsinin keçirilməsinə xüsusi diqqət ayrılıb, tələbələrin dövlət müəssisələrində, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlərdə istehsalat təcrübəsi uğurla təşkil edilib.
Hazırda bakalavr dərəcəsi üzrə sonuncu kursda təhsil alan 1705 tələbə diplomqabağı istehsalat təcrübəsini əmək bazarında nüfuz qazanmış müəssisələrdə keçir. Buna müvafiq olaraq tələbələrə universitetin təcrübəli müəllimlərindən ibarət rəhbərlər təyin edilib. Təcrübə prosesi AzMİU-nun əməkdaşlıq etdiyi 191 şirkətdə və tələbələrin müəssisələrdən təqdim etdiyi fərdi arayışlar əsasında aparılır. Bölgələrdə yaşayan tələbələrin təcrübə keçmələri üçün isə universitet tərəfindən həmin ərazilərdə olan texnikiyönümlü müəssisələrlə danışıqlar aparılıb. Bunun nəticəsi olaraq tələbələrin uzun məsafə qət etmədən yaşadıqları rayonlara yaxın ərazidə yerləşən müəssisələrdə təcrübələri təşkil edilib.
Fevralın 16-dan başlanılmış təcrübə hazırda davam edir. Təcrübə və karyera mərkəzinin əməkdaşları mütəmadi olaraq təcrübə obyektlərində yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər. Bu gün Mərkəzin müdiri Xanlar Qəniyev tələbələrin təcrübə keçdikləri 6 müəssisədə olub. O, AzMİU-nun Memarlıq, İnşaat, Nəqliyyat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, Tikinti iqtisad fakültələrinin müxtəlif müəssisələrdə təcrübə keçən tələbələri ilə görüşüb, onlara yaradılan şərait, gördükləri işlər ilə tanış olub. Tələbələr onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, təcrübə keçdikləri müəssisə onları real layihələrin işlənilməsinə cəlb edir və bunun nəticəsində həqiqətən böyük təcrübə toplamış olurlar. Həmin müəssisələrin nümayəndələri tələbələrin hazırlıq səviyyəsindən və nizam-intizamından razı qaldıqlarını söyləyiblər. Tələbələrin ilk gündən komanda işi ilə yaxından tanış olduqlarını, ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisənin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirdikləri qeyd edilib.
Xatırladaq ki, AzMİU tələblərinin istehsalat təcrübəsi mayın 25-dək davam edəcək.
Tehsil-press.az