AzMİU-da sərgi: Atəşgah sığortada karyera imkanları

AzMİU-da sərgi: Atəşgah sığortada karyera imkanları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əsas korpusunun foyesində tələbələr üçün “Atəşgah sığortada karyera imkanları” adlı sərgi keçirilib.
Təcrübə və karyera şöbəsinin dəstəyi ilə təşkil edilən sərgidə tələbələr stendə yaxınlaşaraq şirkət nümayəndələri ilə ünsiyyətdə olub, şirkətin təcrübə və iş elanları ilə maraqlanıblar. Tələbələrin CV (Curriculum Vitae) formaları toplanılıb, şirkətdə təcrübə keçmək istəyən gənclərə anketlər paylanılıb.
Sığorta əməkdaşları tələbələrə şirkətin onlar üçün yaratdığı təcrübə imkanı barədə ətraflı məlumat veriblər.
Şirkətdə təcrübə keçmək istəyən gənclər iş prosesi ilə yaxından tanış olacaq, bu prosesdə fəallıq göstərənlər şirkətin müəyyən strukturlarında işlə təmin ediləcəklər.

AzMIU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər