Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edir Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup müəllimi “Baku Steel Company” şirkətində olub.
Əvvəlcə universitetin nümayəndələrinə şirkətin iş prinsipi, burada istehsal olunan məhsullar haqqında məlumat verilib. Tələbələrin təcrübə prosesini müşahidə edən ADNSU-nun əməkdaşları şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Sonra şirkətdə tələbələrlə görüş keçirilib. ADNSU-da daima əmək bazarının müasir tələblərinə uyğun kadrların yetişdirilməsinə səy göstərildiyini deyən dosent Əli Hikmət Əhmədov bu istiqamətdə universitetdə aparılan islahatlardan danışıb. Ə.Əhmədov tələbələrin qazandığı nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb, universitetin layihəsi olan gündəlik təcrübə proqramının tələbələrə verdiyi üstünlükləri qeyd edib.
Görüşdə, həmçinin buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları və digər məsələlər müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.

Kəmalə Rəhimli


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edirAzərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edir

Oxşar xəbərlər