Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup professor-müəllimi "Mobicom" MMC-də istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb. Həmin tələbələr ADNSU-da informasiya texnologiyaları və sistem mühəndisliyi və kompüter mühəndisliyi ixtisası üzrə təhsil alırlar.
Təcrübə prosesini müşahidə edən nümayəndələr şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
"Mobicom" MMC-nin rəhbərliyi ilə təcrübə prosesi barədə müzakirələr aparan ADNSU-nun nümayəndələrinə tələbələrin praktiki biliklərinin möhkəmləndirilməsi üçün görülən işlər haqqında məlumat verilib. Görüşdə, həmçinin buraxılış işi mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları məsələləri müzakirə olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti