Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru Akif Qasımovun rəhbərliyi ilə universitetin Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, Təcrübə və karyera şöbəsinin müdiri Nadir Kərimov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mənsur Zərbəliyev AzMİU-nun istehsalat təcrübəsinə göndərilən tələbələrinin müəssisələrdə təcrübə keçmələri ilə yaxından tanış olublar.
Universitet əməkdaşları ümumilikdə 5 müəssisədə olublar, ilk olaraq “Azərqaz” İstehsalat Birliyinə baş çəkiblər. Tələbələrin 12 nəfəri Birliyin İdarəetmə Aparatının Əsaslı tikinti şöbəsində (istehsalatdan təcrübə rəhbəri – Əsaslı tikinti şöbəsinin rəis müavini Ə.Əkbərli), qalan 12 nəfəri isə Aparatın Layihə Konstruktor Bürosunda (istehsalatdan təcrübə rəhbəri - Memarlıq-inşaat və mühəndis kommunikasiyaları üzrə layihə şöbəsinin rəisi A.Həsənov) təcrübə keçirlər. ARDNŞ-in “İşçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”sinə əsasən tələbələrə əmək haqqı ödənilməsi qərara alınıb.
Tələbələr onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər, bildiriblər ki, onları real layihələrin işlənilməsinə cəlb edirlər. Birliyin əsaslı tikinti üzrə direktorunun müavini Ramil İsgəndərov, müəssisədə istehsalat təcrübəsi keçən “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi” ixtisasının tələbələri, müəssisə əməkdaşları ilə görüşüblər. R.İskəndərov tələbələrin ilk gündən komanda işi ilə yaxından tanış olduqlarını, ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisənin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirdiklərini vurğulayıb. O, istehsalat təcrübəsi keçən tələbələrin Azərbaycanın şəhər və rayonlarının qazlaşdırılması layihələrində birgə iş fəaliyyətinə cəlb olunaraq praktik biliklərə yiyələndiklərinə də toxunub. Universitet əməkdaşları birliyin nümayəndələri ilə birgə müəssisəni gəzib, tələbələrin iş prosesi ilə yaxından tanış olublar.
İstehsalatdan olan təcrübə rəhbərləri tələbələrin hazırlıq səviyyəsindən və nizam-intizamından razılıqlarını bildiriblər. Qeyd olunub ki, tələbələrə buraxılış işləri üçün konkret tapşırıqlar veriləcək və onlar real layihələr yerinə yetirəcəklər.
Sonra universitet əməkdaşları SOCAR – “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz mədən qurğularının diaqnostikası, Dəniz estakadaları şöbələrində olub, müəssisədə təcrübə keçən “Neft-qaz qurğularının tikintisi mühəndisliyi” ixtisasının tələbələri ilə görüşüblər. Görüş zamanı müəyyən olunub ki, təcrübə keçən tələbələr müəssisənin yüksək ixtisaslı əməkdaşları ilə birgə Xəzər dənizində tikilən estakadaların və platformaların qurulması ilə bağlı böyük layihələrə cəlbedilib, iş prosesi ilə yaxından tanış olublar. Bununla da tələbələr nəzəri biliklərini daha da genişləndirib, praktiki vərdişlərə yiyələnirlər.
AzMİU-nun nümayəndə heyəti daha 3 müəssisədə - “Baku Business Factory”, “Kercom” MMC, “Sənaye Avtomatika” İstehsalat Birliyində olub, istehsalat təcrübəsi keçən tələbələrin işi ilə maraqlanıb, onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bu müəssisələrdə təcrübə keçən “ Marketinq” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisaslarının tələbələri təcrübənin məsuldar keçməsi üçün müəssisələrdə yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər. “Sənaye Avtomatika” İstehsalat Birliyində olan görüşdə əməkdaşlarımız müəssisə rəhbərliyinə öz
irad və təkliflərini də bildiriblər.

Hüseyn Şərifov