UNEC-də rəqəmsal marketinq sertifikat proqramı 24 mövzunu əhatə edir

UNEC-də rəqəmsal marketinq sertifikat proqramı 24 mövzunu əhatə edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rəqəmsal marketinq sertifikat proqramı davam edir.
Proqrama qoşulanlar peşəkar səviyyəyədək rəqəmsal marketinqə aid müasir biliklərə sahib olacaq və sonda rəsmi təsdiqlənmiş sertifikat əldə edəcəklər.
Praktik proqram beynəlxalq təcrübə əsasında “Dinlə - Öyrən - Tətbiq et” metodu əsasında tərtib olunub. Təlimdən sonra iştirakçılara real icra prosesində mentorluq dəstəyi göstəriləcək. Proqramda rəqəmsal marketinqdə hədəfləmə, ölçmə, “Google Ads”, “Facebook” və “Instagram” reklamları, “Re-marketinq” texnikaları, “Google Analytics”, Axtarış Sistemləri Optimizasiyasının (SEO Search Engine Optimization) təməl bilgilərinin əks olunduğu 24-dən çox mövzu əhatə olunub. Onlayn təlim rəqəmsal marketinq üzrə “Facebook” və “Google” tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov tərəfindən aparılır.
Təlimlər mayın sonunadək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər