UNEC-də rəqəmsal marketinq sertifikat proqramına start verilib

UNEC-də rəqəmsal marketinq sertifikat proqramına start verilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rəqəmsal marketinq sertifikat proqramına start verilib.
Proqrama qoşulanlar peşəkar səviyyəyədək rəqəmsal marketinqə aid müasir biliklərə sahib olacaq və sonda rəsmi təsdiqlənmiş sertifikat əldə edəcəklər.
İki ay davam edəcək 48+ saatlıq praktiki proqram beynəlxalq təcrübə əsasında “Dinlə - Öyrən - Tətbiq et” metodu əsasında tərtib olunub. Təlimdən sonra iştirakçılara real icra prosesində mentorluq dəstəyi göstəriləcək. Proqramda rəqəmsal marketinqdə hədəfləmə, ölçmə, “Google Ads”, “Facebook” və “Instagram” reklamları, “Re-marketinq” texnikaları, “Google Analytics”, Axtarış Sistemləri Optimizasiyasının (SEO Search Engine Optimization) təməl bilgilərinin əks olunduğu 24-dən çox mövzu əhatə olunub. Onlayn təlim rəqəmsal marketinq üzrə “Facebook” və “Google” tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov tərəfindən aparılacaq.
UNEC Rəqəmsal Marketinq Mərkəzinin və Karyera Mərkəzinin rəhbəri olan Ramil Cabbarov hazırda üç qlobal və beş yerli şirkətin rəqəmsal marketinq fəaliyyətini həyata keçirir, eləcə də bir sıra şirkət və qurumlara bu istiqamətdə konsultasiya xidməti göstərir.
Rəqəmsal medianın gücündən istifadə etmək istəyən və bu sahəyə maraq duyan hər kəs təlimə qatıla bilər.
Ətraflı məlumat https://digimark.unec.edu.az/ linkində yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər