Rusiya Türkiyə ilə uçuşları siyasi səbəbdən dayandırıb? - Açıqlama

Rusiya Türkiyə ilə uçuşları siyasi səbəbdən dayandırıb? - Açıqlama Kremlin sözçüsü Dmitri Peskov Türkiyəyə uçuşların dayandırılması qərarının Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankara səfəri ilə hər hansı əlaqəsi olmadığını bildirib.
Peskov bu qərarın epidemioloji vəziyyət səbəbindən verildiyini söyləyib.
“Bu qərar təhlükəli epidemioloji vəziyyətdən qaynaqlanır”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya Türkiyə ilə əvvəlcə çarter reysləri, daha sonra isə müntəzəm uçuşları aprelin 15-dən iyunun 1-dək dayandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər