Kreml ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı ifadələri dövlət başçısının təhqir olunması kimi qiymətləndirir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Burda şəxsi qavrayış ikinci dərəcəli əhəmiyyətə malikdir”, - deyə Peskov Putinin təhqirdən necə təsirləndiyi ilə bağlı suala cavab verərkən bildirib.
“Bu, əlbəttə ki, tamamilə görünməmiş təhqiramiz bir açıqlamadır”,- deyə o əlavə edib.
Kreml rəsmisi, həmçinin Putinin Baydenə debat təklif etdiyini, lakin bu təşəbbüsün cavabsız qaldığını xatırladıb.
Tehsil-press.az