Bakı Slavyan Universitetinin kollektivi vaksinasiya prosesində fəal iştirak edir

Bakı Slavyan Universitetinin kollektivi vaksinasiya prosesində fəal iştirak edir Koronavirus (COVID-19) xəstəliyinə qarşı Azərbaycanda əhalinin peyvənd olunması prosesi mütəşəkkil şəkildə təşkil edilib. Ölkəmizdə bu il yanvarın 18-dən başlanan vaksinasiya prosesi uğurla davam edir. Təhsil işçiləri isə martın 3-dən başlayaraq peyvənd olunma prosesində fəal iştirak edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi də kollektivin peyvənd olunmasını daim diqqət mərkəzində saxlayır.
İlk növbədə, universitetin yaşı 65-dən çox olan professor-müəllim heyəti və əməkdaşları müvafiq tibbi müəssisədə vaksinasiya olunub, sonra isə BSU-nun digər əməkdaşları mərhələli şəkildə peyvənd olunublar.
Xatırladaq ki, Təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha fəal qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyası keçirilir. Müəllim və BSU-nun əməkdaşları peyvənd olunmaları barədə şəxsi sosial hesabları üzərindən həştəqi əlavə etməklə foto və mətn paylaşaraq bu mühüm kampaniyada fəal iştirak edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər