Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri

Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri Bakı Biznes Universitetinin rəhbərlik etdiyi və koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti təlimlər 29 aprel 2019-cu il tarixindən Bakı Biznes Universitetində başlamışdır. Təlimlər Litvanın EKT şirkəti tərəfindən həyata keçirilir və təlimlərdə layihənin tərəfdaşı olan 11 Azərbaycan universitetlərinin nümayəndələri iştirak edirlər. Təlimlərin məqsədi “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qayadalar”a əsasən proqram təminatının qurulması, keyfiyyət təminatı sisteminin fəaliyyətinə nəzarət edən xüsusi portalın işləmə mexanizminin öyrənilməsindən ibarətdir. Təlimlər 2 may 2019-cu il tarixinə qədər davam etdiriləcəkdir. Təlimlərin sonunda layihənin tərəfdaşları olan 11 ali təhsil müəssisəsində keyfiyyət təminatı üzrə xüsusi proqram təminatı fəaliyyətə başlayacaqdır.

BBU-nun Mətbuat Xidməti



Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri

Oxşar xəbərlər