Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimləri davam edir

Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimləri davam edir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin gənclərlə iş ixtisasında təhsil alan magistrlər mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn "Vikipediya" təlimlərində iştirak ediblər.
Təlimlər kitabxananın "Vikipediya" təlimçisi Mülayim Əmirli tərəfindən keçirilib. Onlayn təlimlərdə iştirak edən tələbələr təlimlərdən sonra “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, xüsusi karantin rejimində Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimləri davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər