Bakı Dövlət Universiteti (BDU) və Çex Respublikasının Cənubi Bohemiya Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə universitetlər arasında yeni əlaqələrin qurulması, təhsil müəssisələrinin birgə fəaliyyət perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetin Biologiya fakültəsində 12 tədris laboratoriyası və 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Rektor bu fakültədə parazitologiya, infeksiyalar biologiyası, biokimya, hidrobiologiya, hüceyrə biologiyası sahələri üzrə ikili diplom layihəsi haqqında məlumat verərək, bugünkü görüşün əlaqələrin davamlı xarakter almasına böyük zəmin yaradacağını bildirib.
Cənubi Bohemiya Universitetinin rektoru Bohumil Jirousek bu razılaşmanın universitetlər arasında gələcək əməkdaşlıq üçün bir başlanğıc olduğunu vurğulayıb: “BDU Azərbaycanın ən qədim təhsil ocağıdır, Cənubi Bohemiya isə çox gənc universitetdir. Əminəm ki, qeyd olunan sahələrdə hər iki universitetin təcrübələrinə əsaslanaraq uğurlu layihələr həyata keçirilə bilər.”
Tədbirdə Bakı Dövlət Universiteti ilə Cənubi Bohemiya Universiteti arasında magistr və aspirant mübadiləsinin asanlaşdırılması, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların, kurslar və tədris planlarının təşkili, tədqiqat layihələrində əməkdaşlıq, tədris fəaliyyətinin təşkili, akademik və inzibati heyətdə çalışan kadrların mübadiləsi istiqamətində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri, Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov, Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova, Cənubi Bohemiya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Radka Zavodska iştirak ediblər.
Tehsil-press.az