İmperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin rektoru Aleksandr Panıçev və prorektoru Pitr Rıbin Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov Azərbaycan ilə Rusiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıqdan danışıb və bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. AzTU-nun tarixi, elmi potensialı, beynəlxalq əməkdaşlıq proqramları, fakültələri və ixtisasları haqqında məlumat verən rektor əvəzi Azərbaycanda sənayenin müəyyən sahələri üçün kadr hazırlığının həyata keçirildiyini söyləyib.
Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin rektoru Aleksandr Panıçev rəhbərlik etdiyi ali məktəbin əməkdaşlıq sahələrindən danışıb. Universitetin tədris prosesi, burada aparılan elmi-tədqiqat işləri, həmçinin kadr hazırlığının istiqamətləri haqqında ətraflı məlumat verən A.Panıçev qeyd edib ki, təmsil etdiyi ali təhsil müəssisəsi ilə dünyanın bir çox ölkəsinin universitetləri arasında səmərəli əməkdaşlıq mövcuddur.
Görüşdən sonra AzTU-nun Heydər Əliyev Mərkəzində Azərbaycan Texniki Universiteti ilə Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması məsələləri nəzərdə tutulur.

AzTU-nun Mətbuat Xidməti