Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Rusiyanın Yuqorsk Dövlət Universitetinin rektoru Tatyana Karminskaya ilə görüşüb. Görüşdə Yuqorsk Dövlət Universitetinin gənclər siyasəti və xarici əlaqələr üzrə prorektoru Anna Brovina, tədris işləri üzrə prorektor müşaviri Roman Şamileviç də iştirak ediblər.
Görüşdə rektor Gülçöhrə Məmmədova Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi universitetin Rusiyanın ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini deyib. O, bu münasibətlərin daha da inkişaf edəcəyinə, qarşılıqlı əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tatyana Karminskaya səmimi qəbul üçün həmkarına minnətdarlığını bildirib və rəhbərlik etdiyi universitet barədə məlumat verib. O, universitetlər arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində faydalı təkliflər səsləndirib, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikirlərini bildirib.
Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tərəflər arasında təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatlar aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələr hazırlanması və s. nəzərdə tutulub.

AzMİU-nun Mətbuat Xidməti