Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın Çikaqodakı İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib.
Bu ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun UİC-in prorektoru Robert Bariş və həmin universitetin professoru Konstantin Slavin ilə görüşündə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin təşkili, elmi məqalələrin yazılması, eyni zamanda, videokonfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılıq əldə olunub.
Görüşün əsas məqsədi UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılmasıdır.
Qeyd edək ki, “Times Higher Education World University Rankings”in son hesabatına görə, UİC dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.

UNEC-in Mətbuat Xidməti