Teledərslərin aprelin 21-nə olan cədvəli açıqlanıb

Teledərslərin aprelin 21-nə olan cədvəli açıqlanıb “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 21-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər