Azərbaycan Pakistanla birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Səfir

Azərbaycan Pakistanla birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Səfir Azərbaycan Pakistanla birbaşa aviaəlaqəni bərpa etməyi planlaşdırır.
Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.
Onun sözlərinə görə, uçuşlar COVID-19 pandemiyası ilə bağlı vəziyyətin yaxşılaşması təqdirində mümkün olacaq.
Səfir bildirib ki, müntəzəm reyslərin bərpası ölkələrimizin iqtisadi və ticari fəaliyyətinə müsbət təsir göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər