Misir Bakı ilə birbaşa aviareysləri bərpa edə bilər

Misir Bakı ilə birbaşa aviareysləri bərpa edə bilər Azərbaycandan turist axınının cəlb olunması üçün qış aylarında Bakı və Şarm-əl-Şeyx arasında uçuşlar bərpa edilə bilər. Bunu Trend-ə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.

Səfir daha əvvəl bu aviareysin fəaliyyət göstərdiyini deyib: “İyun ayında Bakı və Şarm-əl-Şeyx arasında birbaşa aviareys işə salınmışdı. Lakin bu marşrut bir sıra səbəblər üzündən ləğv olundu. Buna həm reyslərin Ramazan ayına düşməsi, həm də Misirdə havanın azərbaycanlı turistlər üçün əlverişsiz olması səbəb olub.”
T.Rzayevin sözlərinə görə, bu reysin maddi cəhətdən sərfəli olması üçün Misir şirkətləri Mərkəzi Asiya ölkələri ilə birgə təşkil olunması imkanını nəzərdən keçirirdi.

Tehsil-press.az

Oxşar xəbərlər