Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Baş naziri Nasirul Mulk ilə görüşüb.
Səfir Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb.
Əli Əlizadə mövcud olan səmərəli əlaqələrin hazırkı vəziyyəti, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, imzalanmış sənədlər, viza rejiminin sadələşdirilməsi, turizm əlaqələrinin genişləndirilməsi sahəsində görülmüş işlər haqqında məlumat verib, Azərbaycanın Pakistanla iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji və digər sahələrdə əməkdaşlığın daha da artırılmasına maraqlı olduğunu bildirib. Səfir Pakistanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinin və Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Pakistan İslam Respublikasının Baş naziri Nasirul Mulk Pakistan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət, inam və səmiyyət üzərində qurulduğunu bildirib. 2017-ci ildə Azərbaycan Prezidentinin Pakistana səfərinin əlaqələrin daha da inkişafına təkan verdiyini bildirən Baş Nazir Nasirul Mulk, salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Pakistanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyinin bəlli olduğunu, Pakistanın həmişə Azərbaycanın yanında olduğunu qeyd edən Baş nazir, Azərbaycanın da Pakistana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb. Azərbaycanın təşəbbüsu ilə ötən il yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini bildirən Baş nazir bu formatda xarici işlər nazirlərin 2-ci görüşünün İslamabadda təşkil edilməsinə Pakistanın hazır olduğunu qeyd edib.
Tehsil-press.az