AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.
Bəyanatı təqdim edirik.
Aprel ayının 24-də ABŞ Prezidenti Cozef Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlərə Türkiyə dövləti cavab olaraq bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun üçün hər cür kömək göstərməyə hazır olduqlarını dəfələrlə bildirsələr də, lakin hər dəfə erməni tərəfi yalanlarının üzə çıxacağından qorxaraq bu təklifi qəbul etməyiblər. Bu bəyanata etiraz olaraq bildirmək istərdik ki, bəs onda niyə ABŞ 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğını tanımaq istəmir. Mart soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Həmçinin,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan silahlı dəstələri tərəfindən zəbt olunub və soyqırımı törədilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Erməni gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz. Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Biz gənclər hər zaman qardaş ölkə Türkiyənin yanındayıq və ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı”nı dəstəkləməsini qətiyyətlə pisləyirik.
Tehsil-press.az