İstanbulda qondarma “erməni soyqırımı” ilə bağlı konfransda azərbaycanlı alim də iştirak edib

İstanbulda qondarma “erməni soyqırımı” ilə bağlı konfransda azərbaycanlı alim də iştirak edib İstanbulda Türk Ədəbiyyatı Vəqfində (TƏV) “1915-ci il hadisələri və tarixi sənədlər əsasında erməni məsələsinin iç üzü” mövzusunda konfrans keçirilib.
TƏV-in təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycandan və Türkiyədən olan tanınmış alimlər, QHT və KİV təmsilçiləri, tələbələr, qondarma “erməni soyqırımı” mövzusunu araşdıran tədqiqatçılar iştirak ediblər.
Türk Ədəbiyyatı Vəqfinin sədri Kabaklı Sərhat Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin qarşılaşdığı problemlər, eləcə də erməni silahlı dəstələrinin Türkiyənin Şərq vilayətlərində qaldırdıqları üsyanlar və törətdikləri soyqırımları barədə məlumat verib.
Konfransda professor Qafar Çaxmaqlının məruzəsi dinlənilib.
Qondarma “erməni soyqırımı”nın düşünülmüş şəkildə Osmanlı dövlətinə, müasir dövrdə isə Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi olaraq ortaya atıldığını tarixi faktlar və sənədlər əsasında diqqətə çatdıran professor Qafar Çaxmaqlı erməni din xadimləri və millətçi dairələri tərəfindən idarə olunan düşmənçilik prosesinin ayrı-ayrı istiqamətlərindən bəhs edib. Bildirib ki, Birinci Dünya müharibəsi ərəfəsində erməni silahlı birləşmələri türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar, qətliamlar törədiblər. Arxiv sənədləri tam şəkildə təsdiq edir ki, qondarma “erməni soyqırımı” anlayışını təsdiq edəcək heç bir fakt və sübut yoxdur. Professor bildirib ki, qondarma soyqırımının əsl mahiyyətini bilmək üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildən artıqdır işğal altında saxlayan təcavüzkar Ermənistan dövlətinin 1992-ci ildə törətdiyi Xocalı faciəsinə dair həqiqətlərə baxmaq lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər