İsrail ilk dəfə qondarma “erməni soyqırımı”nı tanımaq üçün iclas keçirəcək

İsrail ilk dəfə qondarma “erməni soyqırımı”nı tanımaq üçün iclas keçirəcək İsrail parlamenti (Knesset) ilk dəfə qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirəyə çıxaracaq.
Bu təklif “Merets” partiyasının sədri Tamar Zandberq tərəfindən Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda verilib. Parlamentdə təklif əleyhinə çıxan olmadığından məsələnin müzakirəsi qərara alınıb. Knessetin spikeri Yuliy Edelşteyn “Məclis “erməni soyqırımı”nı tanımalıdır. Çünki belə daha düzgün və dürüstdür”, - deyə açıqlamasında bildirib.
Müzakirələrin başlayacağı tarix hələlik açıqlanmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər