Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə onlayn “Karyera günləri” çərçivəsində növbəti canlı yayım təşkil olunub.
“Karyera günləri”nin növbəti qonağı “KPMG Azərbaycan” şirkətinin nümayəndələri olub.
Şirkətin İnvestisiya və kapital bazarları departamentinin meneceri Ramin Quliyev, insan resursları və marketinq üzrə baş mütəxəssis Aydan Bədəlova, insan resursları üzrə mütəxəssis Firəngiz Hacıyeva tələbələrə uğurlu karyera ilə bağlı məlumat veriblər.
Görüşdə KPMG şirkətində karyera imkanları, təcrübə və vakansiyalar, işə qəbul prosesi, müsahibəyə hazırlıq barədə önəmli məqamlara toxunulub.
Müzakirələr zamanı işləyicilərin sualları da cavablandırılıb.
Tehsil-press.az