UNEC ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək

UNEC ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək Noyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək.
Karyera günündə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə məlumat veriləcək. İştirakçılar şirkətdə işə qəbul üçün test imtahanından keçəcəklər. Karyera günündə UNEC-in III, IV kurs bakalavrları və magistrlər iştirak edə bilərlər.
Tədbirdə iştirak etmək istəyənlər noyabrın 20-dək qeydiyyatdan keçməlidirlər. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər