Peşə təhsili müəssisələrində karyera imkanları nümayiş olunub

Peşə təhsili müəssisələrində karyera imkanları nümayiş olunub Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “OBA Retail Chain” MMC arasındakı əməkdaşlıq çərçivəsində karyera imkanlarını nümayiş etdirən silsilə tədbirlər təşkil edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tehsil-press.az-a bildirilib ki, tədbirlər zamanı “OBA Retail Chain” MMC-in İnsan resursları və Karyera və inkişaf şöbələrinin nümayəndələri tərəfindən şirkətin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları haqqında təhsil müəssisələrinin sonuncu kurs tələbələrinə ətraflı məlumat verilib. Həmçinin iştirakçılar arasından işə qəbulla bağlı müraciət edənlərin CV-ləri dəyərləndirilmək üçün qəbul edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, tədbir oktyabrın 11-də İctimai İaşə və Xidmət, oktyabrın 23-də Turizm və Sosial Xidmətlər, oktyabrın 30-da isə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzlərində keçirilib.
Gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə digər təhsil müəssisələrində də bu cür tədbirlərin təşkil olunması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər