Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və dünyanın aparıcı audit qurumlarından olan Ernst & Young Holdings (CIS) şirkətinin “EY-la tanışlıq” layihəsi çərçivəsində UNEC tələbələri şirkətdə informasiya turunda olublar.
Tələbələrə şirkətin yaranma tarixi, strukturu, fəaliyyəti və göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Həmçinin İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları barədə məlumat verib, UNEC tələbələri üçün xüsusi test imtahanı təşkil ediblər. Sonra tələbələrin sualları cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti