UNEC-in tələbələri NORM MMC şirkətinin istehsal prosesi ilə tanış olublar

UNEC-in tələbələri NORM MMC şirkətinin istehsal prosesi ilə tanış olublar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ölkənin aparıcı sement istehsalçılarından olan NORM MMC şirkətində informasiya turunda olublar.

UNEC-dən təhsil-press.az-a bildiriblər ki, tələbələrə şirkətin fəaliyyəti, istehsal edilən məhsullar və onların çeşidi, tətbiq edilən müasir avadanlıqlar və s. barədə ətraflı məlumat verilib.
Eyni zamanda, tələbələr şirkətin istehsal prosesi və müasir laboratoriyaları ilə tanış olublar.
Şirkətin İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıblar. Şirkətə növbəti informasiya turu fevralın 23-də həyata keçiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər