Xəbər verdiyimiz kimi, DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov əksər cinayətlərini oğlu Adilzadə Adilin adına rəsmiləşdirib. Bu mənimsəmələrdən biri də Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC ilə bağlıdır.
Belə ki, rəsmi məlumata görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb.
Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən “Şəmkir Səbəti” də “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis edilib.
2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində Alimpaşa Məmmədov da iştirak edib.
Tehsil-press.az