BDU tələbələri Səməd Vurğunun ev muzeyində

BDU tələbələri Səməd Vurğunun ev muzeyində Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində şairin ev muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində bələdçinin təqdimatı əsasında tələbələrə şairin zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Səməd Vurğun poeziyasında vətənpərvərlik, humanizm, ana dilinə bağlılıq və milli-mənəvi dəyərlərin bədii ifadəsi diqqətə çatdırılıb. Tələbələr şairin əsərlərində xalq ruhunun, milli kimliyin və dövrün ictimai-siyasi hadisələrinin necə əks olunduğunu yaxından öyrənmək imkanı əldə ediblər.

İştirakçılar muzeydə qorunub saxlanılan şəxsi əşyalar, nadir əlyazmalar, müxtəlif dövrlərə aid nəşrlər və fotoşəkillərlə tanış olub, bu eksponatlar vasitəsilə görkəmli şairin həyat və yaradıcılığı haqqında daha dolğun məlumat əldə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər