BDU Əl-Fərabi adına Qazax Milli Universitetinə qiymətli kitablar hədiyyə edib

BDU Əl-Fərabi adına Qazax Milli Universitetinə qiymətli kitablar hədiyyə edib Bakı Dövlət Universiteti (BDU) tərəfindən Əl-Fərabi adına Qazax Milli Universitetinə elmi və mədəni əməkdaşlığın inkişafına töhfə məqsədilə qiymətli kitablar hədiyyə olunub.

Hədiyyələr sırasında BDU-nun Mədəni irsi araşdırma Mərkəzinin direktoru Musa İsmayılov (Mərcanlı) tərəfindən hazırlanmış “İRS” jurnalının Qazax dilində nəşrləri, eləcə də “İRS” seriyası çərçivəsində işıq üzü görmüş bir sıra kitablar yer alıb. “İRS” seriyasına daxil olan nəşrlər Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələlərini əhatə edən mühüm mövzulara həsr olunub. Seriyanın kitabları arasında “Azərbaycan: yeni era”, “Tükənməz xəzinə”, “Sirlər xəzinəsi”, “Bakı simfoniyası”, “Daş keşikçiləri” və “Daşları toplamaq zamanıdır” kimi nəşrlər ölkənin müstəqillikdən sonrakı inkişaf yolu, milli irs və mədəni dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasını əks etdirir.

Bu aksiya mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına töhfə verir.

Tehsil-press.az

Oxşar xəbərlər