ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Məlumatda bildirilib ki, nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Görüş ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfəri çərçivəsində baş tutacaq.
Sebastyan Kurts rusiyalı həmkarı ilə eləcə də Avstriyanın builki sədrliyi, qurum daxilində əməkdaşlıq məsələləri və digər məsələlər barədə danışıqlar aparacaq.
Tehsil-press.az