“Moskva tezliklə ABŞ-ın sanksiyalarına cavab verəcək” - Zaxarova

“Moskva tezliklə ABŞ-ın sanksiyalarına cavab verəcək” - Zaxarova “Moskva tezliklə ABŞ-ın yeni sanksiyalarına öz cavabını verəcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib:
“Bizim cavabımız qaçılmazdır və o hazırlanır. Siz onu tezliklə biləcəksiniz. Ekspertlərimiz hazırda birbaşa cavab addımlarının hazırlanması ilə məşğuldurlar”.
Zaxarova qeyd edib ki, Vaşinqton yeni anti-Rusiya sanksiyalarını tətbiq edərək sadəcə Moskva ilə münasibətləri pozmağa çalışır.

Tehsil-press.az

Oxşar xəbərlər