NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. Bu, diplomatik missiyadır.
Təhsil-press.az bildirir ki, bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.
Xatırladaq ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu bildirmişdi.
“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Rusiya, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılıb”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.
Təhsil-press.az