NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir

NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.
Hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək “Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.
Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.
Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.
Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbiçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.
Hərbi qulluqçuların və ağır texnikanın yerləşdirilməsinə fevral ayından başlanılacaq.
Təlimlər isə 2020-ci ilin iyun ayında baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər