Orqan donorluğu və transplantasiyası ilə bağlı yeni qərarlar

Orqan donorluğu və transplantasiyası ilə bağlı yeni qərarlar Nazirlər Kabineti insan orqanı və toxumalarının donorluğuna və transplantasiyasına dair bəzi dəyişikliklər edib.
Bununla bağlı Baş nazir Əli ƏSədov bir sıra sənədlər imzalayıb.
Dəyişikliklərdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun yeni redaksiyasına əsasən, “əzalar” ifadəsi “orqan” ifadəsi ilə əvəz edilib, daha əvvəl qüvvədə olan Qanunda istifadə olunan “konservasiya” ifadəsi yeni Qanuna uyğun olaraq “götürülmə, hazırlanma və saxlanma” ifadəsi ilə əvəz olunub.
“Konservasiya” anlayışı yalnız “qan”a münasibətdə saxlanılıb. Belə ki, mövcud qanunvericiliyə əsasən, qan tədarük və konservasiya olunur, orqan və toxumalar isə götürülür, hazırlanır və saxlanılır.
Donor müayinəsi, orqan köçürülməsi və sonrakı tibbi yardımın maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirilib.
Qərara əsasən, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfi çərçivəsində, bu nəzərdə tutulmayan hallarda isə orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçiriləcək.
Transplantasiya məqsədilə canlı və meyit donordan alınan orqan və toxumalar fərqləndirilib.
Bundan başqa, yeni imzalanan sənədə əsasən, orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” həyata keçirəcək.
Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini Səhiyyə Nazirliyinin tabeliyində əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” həyata keçirəcək.
Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı müəyyən olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər