“Ətraf mühit və mənfi tendensiyaların sağlamlığa təsiri"

“Ətraf mühit və mənfi tendensiyaların sağlamlığa təsiri Füzuli rayon 3 nömrəli tam orta məktəbində "Ətraf mühit və mənfi tendensiyaların sağlamlığa təsiri" mövzusunda onlayn tədbir keçirilib. Maarifləndirmə xarakterli tədbirdə məktəbin müəllimləri və VI-IX sinif şagirdləri iştirak ediblər.
Rayon Təhsil Şöbəsindən bildirilib ki, tədbirdə 9-cu sinfin rəhbəri, məktəbin coğrafiya müəllimi Fatimə Salmanovanın mövzuya aid təqdimatı olub. O, ətraf mühit haqqında bilgiləri və onun insanların yaşaması üçün vacib bir amil olmasını şagirdlərin diqqətinə çatdırıb. F.Salmanova ətraf mühitin dəyişilməsinə səbəb olan amil kimi insan faktorunu xüsusi qeyd edib.
Sonda məktəbin tədris işləri üzrə direktor müavini Ülviyyə Bəşirova şagirdlərə ətraf mühitin mühafizəsinin, onun hamı üçün, həm də gələcək nəsillər üçün qorunmasının vacibliyindən danışıb.

Şakir CƏFƏROV

Oxşar xəbərlər