Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirci tədbirlər keçirilir. Belə ki, pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə”, “Təbiətimizi gözəlləşdirək”, “Tullantılara ikinci həyat” və digər bu kimi mövzular üzrə müsabiqə, yarış, seminar, “Açıq dərs” və sərgilər təşkil olunur, müxtəlif araşdırmalar aparılır.
Tədbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.
Tədbirlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verilir. Bildirilir ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür. Həmçinin ətraf mühitin mühafizəsinə töhfə verməyin hər kəsin borcu olduğu diqqətə çatdırılır.
Çıxış edənlər məişət tullantılarının təkrar emalının təbii resurslardan istifadəni minimuma endirdiyini deyirlər. Bildirilir ki, təkrar emal zamanı bir çox məmulatlar yararlı hala gətirilir və minimum itki ilə yenidən məişətə qayıdır.
Tədbirlərdə təkrar emala yararlı plastik tullantıların yenidən istehsalına verə biləcəkləri dəstək barədə iştirakçılarla fikir mübadiləsi aparılır və onları maraqlandıran suallar cavablandırılır.
Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərlər, incəsənət nümunələr, müxtəlif eksponatlar nümayiş olunur.
Həmçinin bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.
BŞTİ-nin Mətbuat Xidməti