Azərbaycan Dillər Universitetində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir

Azərbaycan Dillər Universitetində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Azərbaycanın dahi şairi və mütəfəkkiri, Şərq və dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar universitetdə müxtəlif tədbirlər keçirildiyini söyləyib. Dahi şairə həsr olunan tədbirin Linqvokulturologiya kafedrasında təşkil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Nizami Gəncəvi şeiriyyəti ümumbəşəri mahiyyət daşıyır, dahi şairin yaradıcılığı və elmi-fəlsəfi fikirləri Şərq bədii təfəkkürünü zənginləşdirib.
Tədbirdə dahi şairin yaradıcılığında multikulturalizm, gender məsələləri, aforizmlər, kamil insan faktoru, məhəbbət, qadın, Nizaminin utopiya fəlsəfəsi mövzularında çıxışlar olub. Bildirilib ki, Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biri olan Nizami Gəncəvinin yaradıcılığı dünyada sevilir, şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır.
Onlayn tədbirdə şairin yaradıcılığından qəzəllər səsləndirilib, “Nizami” filmindən fraqmentlər, videoçarxlar nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər