Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dillər kafedrasının təşkilatçılığı ilə “Nizami- 880” adlı onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb. Rektor diqqətə çatdırıb ki, Sərəncamda dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri kimi dəyərləndirilir. Nizami Gəncəvi ömrüboyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradıb. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır
İlham Mədətov qeyd edib ki, ölkəmizdə Nizami irsinin tədqiqi və tanıdılması sahəsində xeyli iş görülüb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.
Azərbaycanda Nizami irsinin davamlı tədqiqatçılarından sayılan AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ATMU-da təşkil olunan tədbirdə iştirakdan məmnunluğunu bildirib. Akademik Romada Nizamiyə ucaldılan heykəlin dahi şairə, bəşər mədəniyyətinə böyük dəyər kimi səciyyələndirib. Nizami yaradıcılığında poetik qayənin əsasını məhz sülh və əmin-amanlıq, mərhəmət, kin-küdurətdən uzaq, insanlara sevgi kimi bəşəri hisslərin üstünlük təşkil etdiyini deyib.
Onlayn tədbirdə ATMU-nun Dillər kafedrasının əməkdaşları dosent Ağaverdi Xəlilov, baş müəllim Almaz Zöhrabova, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva və Günel Əliyeva “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları”, “Nizami irsində türklüyə verilən dəyər” və dahi şairin ümumbəşəri ideyalarının müasir dövrdə tədrisi” mövzularında çıxış ediblər.
Universitetin tələbələri şairin “Sənsiz” qəzəlini və müdrik kəlamlarını Azərbaycan, ingilis, rus, alman, fransız və fars dillərində səsləndiriblər. Tədbir Nizamiyə həsr olunan “Oyanış” adlı videoçarxın nümayişi ilə başa çatıb.
Tehsil-press.az