Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami lektoriyası” silsilə tədbirləri çərçivəsində növbəti vebinar keçirilib.
Vebinarda BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik, Milli Məclisin deputatı Nizami Cəfərov “Nizami və türkçülük” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dünya miqyasında Nizamiyə verilən dəyər və qiymətdən, Şərqdə poetika sənətinin inkişafında şairin fəal xidmətlərindən söz açılıb. Nizami əsərlərində türk ünsürləri barədə geniş məlumat verən akademik faktlarla şairin şəxsiyyəti və türk kimliyini elmi mülahizələrlə iştirakçıların nəzərinə çatdırıb. Nizaminin dilində 100-dən çox türk sözünün istifadə edilməsindən söz açan Nizami Cəfərov Səid Nəfisidən nümunə gətirərək “Nizaminin əsərlərində türk qoxusunun olduğuna”, şairin türk eposuna xoşbəxtlər ölkəsi adlı utopik məkan, ideal hökmdar obrazlarını gətirdiyinə diqqət çəkib. Şairin əsərlərinə dövlətçilik ideyaları meyarından yanaşan akademik Nizami Cəfərov, ulu öndər Heydər Əliyevin daim Nizaminin “Qoy ədalət çalsın zəfər” misrasından sitat gətirdiyini vurğulayaraq, Ümummilli Liderin Nizamiyə olan ehtiramını, Azərbaycan Prezidenti İlham Əliyevin dahi Nizaminin yaradıcılığına önəm verməsi və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan etməsini yüksək qiymətləndirib.
Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov Nizami Gəncəvinin türk fəlsəfi fikrinə təsirlərindən, şairin türk mədəniyyətini zənginləşdirməsindən bəhs edib.
İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova Nizami Gəncəvinin əsərlərinin tərcümələrindən nümunələr gətirib, şairin əsərlərinin dil xüsusiyyətləri barədə məlumat verib.
Tədbir professor-müəllim heyətinin müzakirələri ilə davam edib.
Tehsil-press.az