BSU-da tədbir: Nizami Gəncəvinin əsərlərində qadın obrazları

BSU-da tədbir: Nizami Gəncəvinin əsərlərində qadın obrazları Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və Pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində “Nizami Gəncəvinin əsərlərində qadın obrazları” adlı onlayn ədəbi-musiqili tədbir keçirilib. Tədbir Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.
Tədbirdə Pedaqoji fakültənin rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Tədbirdə, həmçinin şairin əsərləri əsasında bəstələnmiş mahnı və romanslar səsləndirilib.
BSU-nun tədris işləri üzrə prorektorları Telman Cəfərov, Rafiq Novruzov və Xanım Sultanova, Pedaqoji fakültənin dekanı vəzifəsini icra edən Şərqiyyə Həsənova, Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri Mehriban Hüseynova, həmin kafedranın dosenti Mehri Axundova, baş müəllimi Ərkinaz Məmmədhəsənzadə tələbələrin çıxışlarını yüksək qiymətləndirib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər