Buraxılış imtahanlarında bir şagird maksimum bal toplayıb

Buraxılış imtahanlarında bir şagird maksimum bal toplayıb Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün yeddi nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.
Qeyd edək ki, 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər