Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesində bu ilin yanvarından indiyədək 400-ə yaxın şəhid və qazi ailəsi üzvü işlə təmin olunub.
Bunu təhsil naziri Emin Əmrullayev mayın 8-də feysbuk üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, vakansiyaların tutulması zamanı həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə “Yaşat” Fondu ilə də əməkdaşlığa başlanılıb.
Tehsil-press.az